Gənclər və İdman Nazirliyinin (GİN) təşkilatçılığı ilə Bakı Su İdmanı Sarayında Azərbaycanın müxtəlif bölgələrindən olan məşqçilərin peşəkarlığının artırılması ilə bağlı seminar keçirilir.
Aprelin 20-dək davam edəcək seminar beynəlxalq dərəcəli məşqçi, britaniyalı Devid Hovatson tərəfindən aparılır.
Seminarda müxtəlif idman mərkəzlərində fəaliyyət göstərən 35 məşqçi iştirak edir.