BƏƏ-nin hakimi olan Şeyx Xəlifə Liverpul klubunu almaq istəyir.Dünyada qiymətinə görə 8-ci olan əfsanəvi klub üçün şeyx 887 milyon avro ödəməyə hazırdır. Hazırda bu alqı-satqının münasibliyi ilə bağlı məsləhətləşmələr aparılır. Qeyd edək ki, Liverpul amerikalı Fenway Sports Group konsorsiumuna məxsusdur.
Xatırladaq ki, şeyx Xəlifə Mançester Sitinin sahibi şeyx Mənsurun qardaşıdır.