Aguero Şirerdən geri qaldı

00:29 20 Aprel 2016

İngiltərə Premyer Liqasının təxirə salınmış 27-ci turunun matçında “Nyukasl Yunayted” “Mançester Siti”ni qəbul edir.

Matçın 14-cü dəqiqəsində “şəhərlilər”in hücumçusu Serxio Agueronun vurduğu qol onun Premyer Liqada vurduğu 100-cü qol oldu.

27 yaşlı argentinalı bu göstəriciyə çatmaq üçün 147 matç keçirməli oldu. Bu nəticə ilə o ancaq İngiltərə fubolunun əfsanəsi Alan Şirerə uduzdu. 100 qol vurmaq üçün Şirer 124 oyun keçirmişdi.


Digər xəbərlər

Xəbər xətti