Fransa kubokunda ilk finalçının adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, dünən kubokun ilk yarımfinal matçı keçirilib. Səfərdə "Loryan" klubunun qonağı olan PSJ, rəqibinə 1:0 hesabı ilə qalib gələrək final mərhələsinə adını yazdırıb. Matçın yeganə qolunu 75-ci dəqiqədə İbrahimoviç vurub.
Qeyd edək ki, final mərhələsində PSJ-nin rəqibi "Soşo" - "Marsel" matçının qalibi olacaq.