Futbol üzrə Azərbaycan yığması Fransada keçiriləcək AÇ-2016-nın iştirakçılarından biri ilə qarşılaşa bilər.
Sportarena.az xəbər verir ki, millimizin Ukrayna ilə yoxlama oyunu keçirməsi gözlənilir.
Hazırda AFFA ilə Ukrayna Futbol Federasiyası arasında buna dair danışıqlar gedir. Bunu UFF vitse-prezidenti Vladimir Laşkul da təsdiqləyib.
Qeyd edək ki, Laşkul bir müddət öncə Azərbaycanla yoxlama oyunun keçirməyin mümkün olduğunu dilə gətirsə də, məşqçilər korpsunun Rumıniyaya üstünlük verdiyini bildirmişdi.