Prosineçki serblər əleyhinə aksiyaya qoşuldu

14:17 20 Aprel 2016

Milli komandamızın baş məşqçisi Robert Prosineçki  Xorvatiyada abidə ucaldılması məqsədilə təşkil olunan aksiyaya qoşulub. 

 

Sportarena.az xəbər verir ki, abidə 200 min serbiyalının Xorvatiya ərazisindən qovulması ilə əlaqədar Knin şəhərində qoyulacaq. 
Abidənin ucaldılması üçün 800 min avro toplanacaq. Bu məbləği toplamağa Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç, nazirlər və veteranlarla yanaşı, keçmiş futbolçulardan Zvonimir Boban, İqor Ştimats, Robert Prosineçki kimi bir çox məşhur simalar da yardım edəcək. 


Qeyd edək ki, daha öncə Robert Prosineçki Xorvatiyada ticarət mərkəzi açıb. 


Digər xəbərlər

Xəbər xətti