Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək XV Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdo üzrə milli komandasının baş məşqçi İbrahim İbrahimov başda olmaqla 16 nəfərlik heyətlə Gürcüstan Respublikasının Qori şəhərində təlim-məşq toplantısına başlayıb.
Sportarena.az xəbər verir ki, təlim-məşq toplantısı 18 aprel tarixindən başlayaraq 2 may tarixinədək davam edəcək.