(R) AAAF Parkda "Açarını təhvil al, ödəməyə sonra başla" kampaniyasına start verildi! - VİDEO

15:52 20 Aprel 2016

                        AAAF Park 3 arzunuzu reallaşdırır!

Kaş ki, mənzil alıb, ödənişini açar təhvilindən sonra edə biləydim! Azərbaycan tikinti sektorunda hər zaman ilklərə imza atmış “AAAF-İnşaat” Tikinti Şirkəti qısamüddətli kampaniyaya start verdi. Yeni kampaniyaya əsasən, hər mənzil almaq istəyən Azərbaycan vətəndaşı AAAF Park Yaşayış Kompleksinin 19 saylı küçəsində inşa edilən 15 mərtəbəli yeni yaşayış massivindən 1, 2 və 3 otaqlı mənzilləri çox rahat şərtlərlə  əldə edə biləcək. Aylıq ödənişlərinizi ancaq mənzilin açarını təhvil aldıqdan sonra edə biləcəksiniz.

 

Kaş ki, evin ilkin təmirini şirkət edərdi! Yeni şərtlərlə mənzil alan hər bir yeni AAAF Park sakininin evinin ilkin təmir işləri şirkət tərəfindən hədiyyə olunacaqdır. İlkin təmir dedikdə, ağartma, elektrik və santexnika işləri nəzərdə tutulur. Yəni burada divarların ağardılması, santexnik boruların çəkilməsi, elektrik xətlərinin evin içərisində lazımi nöqtəyə qədər çəkilməsi nəzərdə tutulur.
                                                                     H Ə L Ə  B İ T M Ə D İ!

Kaş ki, heç bir faiz ödəmədən mənzil ala biləydim! Artıq hər kəsin mənzil sahibi olmaq arzusu gerçəkləşəcək. Faizsiz daxili kreditlə təklif olunan şərtlərlə siz, ayda cəmi 92 manat ödəyərək mənzil sahibi olmaq imkanı əldə edirsiniz. Alıcıların seçəcəyi ildən asılı olaraq ilkin ödəniş 9 və ya 19% olaraq dəyişir.
Məsələn; 10 ilədək ödəmə şərtləri ilə mənzil almaq istəyən şəxs 9% ilkin ödəniş edərək mənzil sahibi olacaq. Belə ki, kampaniyaya əsasən, məs., 28.7 m² sahəli 1 otaqlı mənzil əldə etmək istəyirsinizsə, evin tam dəyərinin – 27 265  manatın (mənzilin 1 m²=950 manatdan hesablanmışdır) 9%-ini, yəni 2 454 manatını ilkin ödəniş etməli, qalıq borc məbləği – 24 811 manat isə heç bir illik %  dərəcəsi hesablanmadan 10 ilədək bölmək mümkündür. Bu zaman ayda 206.76 manat ödəməklə mənzil sahibi  olacaqsıınız.

20 ilədək ödəmə şərtləri ilə mənzil almaq istəyən şəxs isə ən az 19% ilkin ödəniş edərək mənzil sahibi olacaq. Belə ki, kampaniyaya əsasən, məs., 28.7 m² sahəli 1 otaqlı mənzil əldə etmək istəyirsinizsə, evin tam  dəyərinin – 27 265  manatın (mənzilin 1 m²=950 manatdan hesablanmışdır)  19%-ini, yəni  5 180 manatını  ilkin ödəniş etməli, qalıq borc məbləği – 22 084 manat isə heç bir illik % dərəcəsi hesablanmadan 20 ilədək bölünəcək və bu zaman ayda 92 manat ödəməklə mənzil sahibi  olacaqsıınız.

                                                                   Siz arzuladınız, biz reallaşdırdıq!

Xatırladaq ki, seçdiyiniz ödəmə ilindən asılı olmayaraq yuxarıda sadalanan 3 istəyiniz şirkətimiz tərəfindən reallaşdırılacaqdır. Kampaniyanın müddətinin mayın 10-na qədər olduğunu bildirir və hər kəsə isti yuva arzu edirik!


Digər xəbərlər

Xəbər xətti