Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirinə gələcək ölkələrin siyahısında dəyişiklik olub

16:10 20 Aprel 2016

Mayın 6-dan 8-dək Bakıda cüdo üzrə keçiriləcək "Böyük Dəbilqə" turnirinə gələcək ölkələrin siyahısında dəyişiklik olub.


Sportarena.az  xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında təşkil olunacaq yarışda daha üç ölkə təmsil olunacaq. Nəticədə paytaxtımıza gələcək komandaların sayı 89-a çatıb. Mötəbər turnirə ümumilikdə 591 cüdoçu qatılacaq. Bunlardan 359-u kişi, 232-si qadındır.


Qeyd edək ki, yığmamız "Boyük Dəbilqə"dən öncə Rusiyanın Kazan şəhərində keçiriləcək Avropa çempionatına qatılacaq.


Digər xəbərlər

Xəbər xətti