“Zirvə” Uşaq idman Akademiyasının cüdo zalında artıq azyaşlı uşaqlar üçün də cüdo dərsləri keçilməyə başlayıb. Təcrübəli mütəxəssis Firuzə Rəfiyevanın yüksək səviyyəli məşqləri sayəsində uşaqlarınız həm sağlam qalmaq, həm də özünümüdafiə üsullarına yiyələnmə şansı əldə edirlər.
Cüdo idman növü 1882-ci ildə Yaponiyada yaranıb. Bu idman növünün təməlini Ciqaro Kano qoyub. Yaponiya məktəblərindən birində müəllim işləyən Ciqaro Kanonu gənclərin fiziki və mənəvi tərbiyəsi həmişə ciddi şəkildə düşündürdüyündən o belə qənaətə gəlmişdir ki, gənclərə yeni, zərbələrsiz və fəndləri zədələnmələrə səbəb olmayan maraqlı bir idman növü gərəkdir. Buna görə də o, Tokio universitetinin həkimi Ervin Bels ilə birlikdə ciu-citsu idman növündə zədələnmələrə, çıxıqlara və sınıqlara səbəb olan fəndləri və zərbələri çıxararaq yeni idman növünü yaratdı və ona “Cüdo” adını verdi. Yaponca CÜ-elastik, yumşaq, DO isə yol, prinsip deməkdir.
Akademiyamızda uşaqlar cüdo dərslərinə 4 yaşından qəbul olunur. Məşqlər həftədə üç dəfə olmaqla 2, 4 və 6-ci günlər 11:00-dan 13:00-a kimi “Zirvə Uşaq İdman Akademiyası”nın cüdo zalında keçilir.
Ətraflı məlumat üçün:
Telefon: (012) 409-07-07