"Roma"nın hücumçusu Françesko Totti karyerasını İngiltərədə davam etdirə bilər.
Sportarena.az "Football İtalia"ya istinadən xəbər verir ki, "Lester"in baş məşqçisi Klaudio Ranyeri 39 yaşlı oyunçun xidmətlərində maraqlıdır. Məlumata görə klub Tottiyə 1 illik müqavilə təklif edib.
Xatırladaq ki, Tottinin "Roma" ilə müqaviləsi bu ilin yayında başa çatacaq.
Qeyd edək ki, 1992-ci ildən "Roma"nın heyətində çıxış edən Françesko Totti "canavarlar"ın forması ilə çıxdığı 596 matçda 245 qol vurub.