Noyer "Bavariya" ilə "nigah" yenilədi

01:07 21 Aprel 2016

Almaniyanın “Bavariya” futbol klubunun “əlcək sahibi” Manuel Noyer klub ilə olan müqaviləsini 2021-ci ilə qədər uzadıb.

Mövsümün sonunda Pep Qvardiola ilə yollarını ayırıb Karlo Ançelotti ilə yoluna davam  edəcək olan “Bavariya” artıq Tomas Müller, David Alaba, Cerom Boatenq və Manuel Noyer kimi kilid oyunçuları ilə müqavilələri uzadıb.

5 il öncə “Şalke 04″dən transfer olunan 30 yaşlı qolkiper yeni müqaviləsinə əsasən illik 15 milyon avro qazanacaq ki, bu onu dünyanın ən çox qazanan qapıçısı edir.


Digər xəbərlər

Xəbər xətti