Bakıda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının daha bir iştirakçısı heyətini açıqlayıb.
Sportarena.az xəbər verir ki, Almaniya milli komandasının Bakıya gələcək 18 futbolçusu müəyyənləşib.
Almaniya millisinin baş məşqçisi Meykel Şönveyts əsas "18-lik"dən əlavə, 14 nəfərlik ehtiyat heyət də müəyyənləşdirib.
Qapıçılar: Yan Kristof Bartel, Lennart Qril (hər ikisi “Mayns”)
Müdafiəçilər: Alfons Amade (“Hoffenhaym”), Tom Bak (“Bohum”), Florian Bak (“Herta”), Yan-Niklas Bert (“Borussiya” D), Mika Hanrat (“Fortuna”), David-Cerom İtter, Can-Luka İtter (hər ikisi “Volfsburq”), Sven Sonnenberq (“Köln”)
Yarımmüdafiəçilər: Atakan Akkaynak, Kay Haverts (hər ikisi “Bayer” L), Yano Baksman (“Verder”), Yannis Kubler (“Karlsrue”), Arne Mayer (“Herta”), Sem Frank Şrek (“Sankt-Pauli”)
Hücumçular: Renat Dadaşov (“Leypsiq”), Yari Otto (“Volfsburq)
Ehtiyat oyunçular: Ali Ferati, David Qrozinqer (hər ikisi “Ştutqart”), David Niland (“Volfsburq”), Nik Förster (“Ayntraxt” F), Ron Torben Hoffman, Timoti Tilman (hər ikisi “Bavariya”), Florian Kruqer, Timon Veyner (hər ikisi “Şalke”), Kinton Mayna (“Hannover”), Bennet Şauer (“Hamburq”), Killan Senkbeyl, Tim Şüler (hər ikisi “Leypsiq”), Jülien Şvermann, Dominik Vanner (hər ikisi “Borussiya” D)