Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsi ilə görüşüb.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Məşqçilər Komitəsinin üzvləri Mingəçevir şəhərində divizion klublarının nümayəndələri ilə keçirilmiş görüş haqqında ətraflı məlumat verib, I divizion və Azərbaycan Premyer Liqası barədə ümumi fikir mübadiləsi aparılıb.