"Mançester Yunayted"in məşqçisi Rayan Giqs "Seltik"in namizədlərin siyahısına salınıb.
Sportarena.az xəbər verir ki, 42 yaşlı uelsli Şotlandiya klubunda istefaya göndəriləcək Ronni Deylin yerinə namizəd görülür.
Lakin Giqs Seltikin bu təklifinə bir qədər ehtiyatla yanaşır. O, ilk olaraq "Mançester Yunayted"dəki taleyini aydınlaşdırmaq fikrindədir.
Bir müddət əvvəl verilən məlumata görə Mourinyonun gəlişi nəticəsində Giqs "MY"da işini itirəcək.