Noyer dünyanın ən bahalı qolkiperi oldu

15:56 21 Aprel 2016

Almaniya millisinin və "Bavariya" futbol komandasının qolkiperi Manuel Noyer doğma klubunda qalmağı qərara alıb.

 

Sportarena.az xəbər verir ki, Noyer klubla müqaviləsini 2021-ci ilədək uzadıb. 30 yaşlı qapıçı komandanın yüksək ödənişli oyunçularından hesab edilir. Belə ki, Noyerin illik əməkhaqqı 15 milyon avro təşkil edəcək. Bu məbləğ onu dünyanın ən ödənişli qolkiperinə çevirib.


Qeyd edək ki, Noyer Bundesliqanın cari mövsümdə 30 oyunda qapısından cəmi 14 top buraxıb.


Digər xəbərlər

Xəbər xətti