"Liverpul"un zədələnən hücumçusu Divok Orijinin durumuna aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, dünən Evertonla matçda (4:0) zədələnən futbolçu bu gün tibbi müayinədən keçib. Onun 4-6 həftə meydandan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, belçikalı futbolçunun zədələnməsinə baxmayaraq Avropa çempionatında iştirak edəcəyi gözlənilir.