Mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatını izləmək üçün Azərbaycana gələcək klub skautlarının sayı daha da artıb.
Sportarena.az xəbər verir ki, “Mançester Siti”, “Arsenal”, “Sevilya” və “Portu” klublarından sonra daha 6 klubun skautları çempionatın oyunlarını izləmək məqsədilə Bakıya səfər edəcəkləri barədə AFFA-ya müraciət ünvanlayıblar.
Müraciət ünvanlayanlar “Mançester Yunayted” (İngiltərə), “Bavariya” (Almaniya), “Monako” (Fransa), “Benfika” (Portuqaliya), “Red Bull Zalsburq” (Avstriya) və “Middlsbro” (İngiltərə) klublarıdır.