"Atletiko"nun müdafiəçisi Dieqo Qodin "Bavariya"ya qarşı Çempionların Liqasının ilk yarımfinal matçında komandasına kömək edə bilməyəcək.
Uruqvaylı futbolçuya sağ omba əzələsinin dartılması diaqnozu qoyulub. Belə zədələrdən sonra bərpa müddəti 10-15 gün çəkir.
Beləliklə, Qodin La Liqanın XXXV turunda "Malaqa" ilə matçı və ÇL-in yarımfinalında "Bavariya" ilə ilk oyunu buraxacaq.
"Atletiko"nun həkimləri "Bavariya" ilə cavab qarşılaşmasına kimi Dieqonu sağaltmağı nəzərdə tutublar.
Bu səbəbdən böyük ehtimalla o, La Liqanın XXXVI turunda "Rayo Valyekano" ilə görüşdə də iştirak etməyəcək.