"Tottenhem" komandasının baş məşqçisi Maurikio Poçettino, İngiltərə Premyer Liqasında çempion olacağı halında böyük var-dövlətə sahib çıxacaq.
Premyer liqada "Lester" ilə çempionluq mübarizəsi aparan klubun rəhbərliyi komandanın motivasiyasını yüksək səviyyəyə qaldırmaq istəyir. Xüsusilə də baş məşqçi Maurikio Poçettinonu stimullaşdırmaq istəyən "Tottenhem" rəhbərliyi , argentinalı mütəxəssisə çempionluq halında 500 min sterlinq bonus mükafat vəd edib. Çempionlar liqasına birbaşa qatılmağa görə 300 min sterlinq mükafatı da nəzərə alsaq bu məbləğin ümumilikdə 800 min sterlinq olduğunu görürük.
Xatırladaq ki, 34 turdan sonra "Lester" 73 xalla birinci olduğu halda , "Tottenhem" onun 5 xal gerisində yer alır.