4-cü "Zirvə Oyunları" keçiriləcək!

11:53 23 Aprel 2016

30 aprel – 8 may tarixlərində “AAAF PARK” Yaşayış Kompleksində yeniyetmələr arasında Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 93 illik yubileyinə həsr olunmuş “IV ZİRVƏ OYUNLARI” keçiriləcək. “Zirvə” Beynəlxalq İdman Klubunun nəzdində müxtəlif idman növləriylə məşğul olan idmançıların qatılacağı bu yarış artıq böyük ənənə halını almaqdadır.
Builki yarışlar əvvəlkilərdən daha geniş miqyasda keçiriləcək. Belə ki, bu dəfə 4 yox, 5 idman növü üzrə medal mübarizəsi olacaq. Ağır atletika, futbol, cüdo və bədii gimnastikaya üzgüçülük də əlavə olunub. 
Yarışlarda Respublikanın şəhər, rayon, qəsəbə və kəndlərdə “Zirvə” Beynəlxaql İdman Klubunun klub və bölmələrinin həkim müayinəsindən kecmiş, dəvət əsasında idmançıları iştirak edə bilərlər.

“Zirvə Oyunları”nın keçirilməsində məqsəd idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmancıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

Yarışların keçirilmə cədvəli aşağıdakı kimidir:
Üzgüçülük: 30 aprel 2016-cı il. Saat 11.00-da başlanır
Yarış AAAF Parkın ərazisində yerləşən Uşaq idman akademiyasının üzgüçülük hovuzunda keçiriləcəkdir. Mübarizə 6-7-8-9-10 yaşlı oğlanlar və 5-6-7-8-9-10 yaşlı qızlar arasında 4 üsul üzrə gedəcək.

Cüdo: 30 aprel 2016-cı il. Saat 11.00-da başlanır.
Çəkilmə saat 09.00-dan 10.00-dək davam edəcək. Yarış AAAF Parkın ərazisində yerləşən “Zirvə” İdman Kompleksinin yarış zalında, 2001-2003-cü il təvəllüdlü oğlanlar arasında -38, 42, 46, 50, 55, 60, 66, 73 və +73 kq çəki dərəcələrində keçiriləcəkdir.

Bədii gimnastika: 01 may 2016-cı il. Saat 11.00-da başlanır.
Yarış AAAF Parkın ərazisində yerləşən Zirvə İdman Kompleksinin yarış zalında, 2004-2007-ci il təvəllüdlü qızlar arasında keçiriləcəkdir.

Futbol: 01 may 2016-cı il. Saat 11.00-da başlanır.
Yarış AAAF Parkın ərazisində yerləşən “Zirvə” acıq mini-futbol meydançasında,
2003-2004-cü il təvəllüdlü oğlanlar arasında Olimpiya sistemi ilə keçiriləcəkdir.

Ağır atletika: 07-08 may 2016-cı il. Saat 12.00-da başlanır.
Çəki saat 10:00 başlanır və yarışın bütün idmançıları çəkilirlər. Yarış AAAF Parkın Ağır Atletika yarış zalında keçiriləcəkdir.

Ağır atletika üzrə yarışlar 2004-2007 və 2001-2003-cü il təvəllüdlü oğlanlar və 2001-2006 təvəllüdlü qızlar arasında hər yaş qrupu üzrə Sinkler cədvəli əsasında keçiriləcəkdir. Yarışda birdən qaldırma və təkanla qaldırma hərəkətlərində dərəcə tələbləri tətbiq olunacaqdır. Yarışlarda 2004-2007-ci il təvəllüdlü idmançılar birdən qaldırma və təkanla qaldırma hərəkətlərində iştirak edirlər. 2001-2003-cü il təvəllüdlü oğlan və qızlar isə aşağıda qeyd olunan hərəkətlər üzrə iştirak edirlər
• birdən qaldırma;
• təkanla qaldırma;
• ağırlıqla oturub durma;
• ağırlığı dartma;
• uzanaraq ağırlığın sinədən sıxılması.

Yarışların təşkilinə “Zirvə” İnternational Sport Clubs MMC rəhbərlik edir. Yarışların keçirilməsi idman növləri üzrə fəaliyyət göstərən hakimlər heyətinə həvalə olunur.
Yarışlar yaş qrupları uzrə kecirilir. Qapalı xarakter daşıyır.
Ağır atletika, cüdo, bədii gimnastika, üzgüçülük üzrə yarışlar şəxsi, futbol yarışları isə komanda xarakteri daşıyır. Yarışa texniki cəhətdən hazırlıqlı idmançılar buraxılırlar.
Yarışlarda hər yaş qrupunda və cəkidə I-II-III yerləri tutan idmancılar və komandalar “Zirvə” İnternational Sport Clubs MMC-nin medal və diplomları ilə mükafatlandırılacaqlar.


Digər xəbərlər

Xəbər xətti