"Barselona"nın transfer etmək istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Kataloniya klubunun PSJ-dən Xavyer Pastoreni heyətinə qatmaq istədiyi iddia olunub.
Pastore karyerasına vətənində - Argentinanın "Talleres" klubunda başlayıb. 2008-ci ildə cəmi 400 min avroya "Hurakan" klubuna transfer olunub. Bir il sonra "Palermo" onu 7 milyon avro qarşılığında Avropaya gətirib. İtaliya klubu 26 yaşlı yarımmüdafiəçini 2011-ci ildə 42 milyona PSJ-yə satıb. Pastore cari mövsümdə heyətə düşməkdə çətinlik çəkir. Belə ki, cəmi 23 rəsmi oyuna çıxıb və 2 qol vurub.