İngiltərə kubokunda ilk yarımfinal oyunu keçirilib.
"Everton" evdə "Mançester Yunayted"lə qarşılaşıb. Oyunda hesabı matçın 34-cü dəqiqəsində mankunianların üzvü Fellaini açıb. İkinci hissədə "qırmızı şeytanlar"ın müdafiəçisi Smollinq fərqlənib.
Ancaq müdafiəçi rəqib yox, öz qapısını dəqiq nişan alıb. Oyunda son nöqtəni isə Marsial qoyub. Onun qarşılaşmanın 93-cü dəqiqəsində vurduğu qol Lui Van Qalın yetirmələrini finala çıxarıb. Digər yarımfinal oyunu sabah baş tutacaq. "Kristal Pelas" "Uotford"u qəbul edəcək