Yamaha kamandasının italiyalı veteran sürücüsü komanda yoldaşı, sonuncu dünya çempionu Xorxe Lorensonu çox cüzi qabaqlaya bilib…
Sportarena.az xəbər verir ki, Xeres trasında keçirilinən İspaniya Qran Prisinin sıralanma turunun həlledici sementində Honda-nın sürücüsü Mark Markes daha sürətli olub. İkiqat dünya çempionu həmyerlisi Lorensonu 0.3 saniyə, Rossini isə komanda yoldaşına daha 0.058 saniyə uduzub.
Amma ikinci cəhdində ilk üçlükdə vəziyyət köklü dəyişib: Rossi iki ispaniyalı sürücünü vətənlərində 0.1 saniyə üstünlüklə məğlub edə bilib.
Digər sürücülər ilk üçlüyə çox uduzublar. Dördüncü nəticəni Ducati-nin sürücüsü Andrea Dovitsiozo göstərib – italiya sürücü həmyerlisinə 0.844 saniyə uduzub. Onunla yanaşı ikinci cərgədən start almaq hüququnu Suzuki-nin sürücüləri Maverik Vinyales və Aleş Esperqaro qazanıblar. Maraqlıdır ki, Maverik Andreaya cəmi 0.001 saniyə uduzub.
Xatırladaq ki, Xeresdəki poul Valentino üçün premyer liqada 52-ci, keçənilki Hollandiya Qran Prisindən sonra 1-ci poul olub…(F-1.az)