Sloveniya çempionatında XXXI turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun çıxış etdiyi "Domjale" səfərdə "Rudar"la qarşılaşıb.
Həmyerlimiz oyunun 82-ci dəqiqəsində meydana daxil olub. Matç "Domjale"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Domjale" hazırda 49 xalla 3-cü pillədə qərarlaşıb.