Türkiyə Superliqasında XXX turun oyunları keçirlir.
Sportarena.az xəbər verir ki, bu gün XXX tur çərçivəsində "Qalatasaray" doğma meydanda "Kasımpaşa" klubunu qəbul edib. Matç "aslanlar"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə ilə xal sayını 44-ə yüksəldən "Qalatasaray" komandası, turnir cədvəlində 2 pillə irəliləyərək 6-cı yerdə qərarlaşıb.
Qeyd edək ki, matçda qolları Bilal Kısa, (13, 1:0), Ezequiel Skarione, (29,1:1), Lukas Podolski (63, 2:1; 90, 4:1) və Səlcuk İnan (70, 3:1) vurub.