"Trabzonspor" - "Fənərbaxça" matçında ara qarışdı: hakim döyüldü

00:01 25 Aprel 2016

Türkiyə Super Liqasının 30-cu turu çərçivəsində keçirilən "Trabzonspor" - "Fənərbaxça" oyunu yarımçıq dayandırılıb.

Sportarena.az xəbər verir ki, oyunun gedişində 0:4 hesabı ilə geri düşən "Trabzonspor" azarkeşləri bu məğlubiyyəti həzm edə bilməyiblər. Öncə meydana yad əşyalar atan azarkeşlərin bu hərəkətlərinin qarşısı alınsa da, bir neçə dəqiqə sonra azarkeşlər meydana daxil olub və yan xətt hakiminə hücum ediblər.  Meydançaya başqa azarkeşlərin də daxil olduğunu görən oyunun baş hakimi Bülənt Yıldırım oyunu yarımçıq dayandırıb və hər iki komanda paltardəyişmə otağına yollanıb.


Digər xəbərlər

Xəbər xətti