Felipe Melo: "Mən qatil olacaqdım"

22:10 25 Aprel 2016

“İnter”in braziliyalı yarımmüdafiəçisi Felipe Melo İtaliya mətbuatına verdiyi müsahibədə öz uşaqlığı haqqında maraqlı açıqlamalar verib:

“Mənim atam çox əziyyətlər çəkib. O, 2 işdə işləyirdi ki öz ailəsini saxlaya bilsin. Sonradan mən başa düşdüm o nələrindən keçib bizi dolandırmaq üçün. Mənim atam mənə ailəm qədər vacib insandır.

Birdə mənim həyatımın ən dəyərlilərindən biridə futboldu. Mən ona çox şeyimi borcluyam. Əgər mənim həyatımda futbol olmasaydı mən çox guman qatil, cinayətkar olacaqdım.

Bizim yaşadığımız rayon çox təhlükəli idi. Hər yerdə narkotik, silah var idi, hər gün cinayət baş verirdi. Bəzən mən məşqə gedirdim və evə qayıdanda hansısa dostumun qətlə yetirildiyini eşidirdim” 


Digər xəbərlər

Xəbər xətti