Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda "Bakı" klubunun 15 yaşadək futbolçulardan ibarət komandasının çempionatdan kənarlaşdırılmsı barəsində qərar qəbul olunub. Buna paytaxt təmsilçisinin U-15 Liqasında "Xəzər Lənkəran"la səfər matçında iştirak etməməsi səbəb olub.
Sözügedən matçda iştirak etmədiklərinə görə "Bakı" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün komanda yarışlardan kənarlaşdırılıb.