Cüdo üzrə Azərbaycan millisi Bakıda keçiriləcək “Böyük dəbilqə”nin ardınca yenidən ölkəni tərk edəcək.
Sportarena.az xəbər verir ki, yığmamız Qazaxıstanın Almatı şəhərində baş tutacaq Qran-pri turnirinə qatılacaq.
Baş məşqçimiz Peter Zayzenbaher Asiyada 14 idmançını sınaqdan çıxaracaq. O, Rioya lisenziya xalı verəcək yarış üçün Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Tərlan Kərimov, İlkin Babazadə (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Əbdulhaqq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+ 100 kq) və Aişə Qurbanlını (48 kq) sifariş edib.
Qeyd edək ki, mayın 13-15-də keçiriləcək Qran-pridə 98 ölkədən 593 cüdoçunun iştirakı planlaşdırılır. (apasport.az)