"Mercedes AMG" komandasının sürücüsü bildirib ki, 2016-cı ildəki mükəmməl başlanğıcın bir sonu olacaq
Sportarena.az xəbər verir ki, Niko Rosberq bu ilin ilk 3 yarışında qələbə qazanıb və onun hədəfi növbəti Rusiya yarışını da qazanmaqla qələbə seriyasını davam etdirməkdir.
Rosberq bildirib ki, uğurlarından həzz alır, amma onun uğurlu seriyası əvvəl-axır bitəcək: “Mən hazırkı vəziyyətdən həzz alıram. Heç vaxt yarışmaqdan bu cür həzz almamışdım.
Amma qələbə seriyasını bir kənara qoymaq lazımdır. Bir gün bu seriya bitəcək və mən bunu bilirəm. Heç bir şey sona qədər davam etmir.
Əsas odur ki, indi xoşbəxtəm. Bolid güclüdür. Mükəmməl həyat yoldaşım və sağlam uşağım var, buna görə şükür edirəm”.
Qeyd edək ki, Rosberq hazırda 75 xalla turnir cədvəlində liderdir. Onun ən yaxın izləyicisi Həmilton isə 39 xal toplayıb.
(f-1.az)