Məhşur idmançı dopinqdən istifadədə təqsirləndirilir

23:49 26 Aprel 2016

“Barcelona Open”in qalibi, ATP reytinqinin 5 nömrəlisi Rafael Nadal Fransanın sabiq idman naziri Rozelin Başelonu məhkəməyə verib. Cinayət işinin açılma səbəbi nazirin keçən ay telekanalların birində tennisçini dopinqdən istifadədə günahlandırmasıdır.

Xatırladaq ki, Başelo 2012-ci il mövsümündə Nadalın 7 aylıq kortdan kənar qalmasını dizindən aldığı zədə ilə deyil, qadağan olunmuş preparatlardan istifadə ilə əlaqələndirmişdi. 

Eks naziri böhtan atmaqda günahlandıran tennişçi məsələ ilə bağlı açıqlama verib: “Bu cinayət işi vasitəsiylə təkcə günahsız olduğumu bildirməklə kifayətlənməyəcəm, həmçinin, karyeram boyu qazandığım nüfuzumu da qoruyacağam. Çox istərdim ki, ictimai-siyasi xadimlər əllərində dəlil olmadan kütləvi informasiya vasitələrindən istifadə edərək idmançıların ünvanına yalan, yanlış, təhqiredici sözlər deməsinlər”.

Qeyd edək ki, Rafael Nadal məhkəmədə qalib gələrsə, alacağı təzminatı xeyriyyə məqsədi ilə istifadə edəcəyini bildirib. 


Digər xəbərlər

Xəbər xətti