Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsininin ilk oyunlarında "Qarabağ"la qarşılaşacaq "İnter" klubu bu matça ciddi itkilərlə çıxacaq.
Klubdan sportarena.az-a verilən məlumata görə, komanda bu matçda 5 əsas oyunçusunun xidmətindən istifadə edə bilməyəcək. Belə ki, zədə səbəbi ilə Nizami Hacıyev, Kamran Ağayev, İlkin Qırtımov və Elnur Abdullayev bu matçda forma geyinməyəcək. Bundan əlavə, komandanın paraqvaylı yarımmüdafiəçisi Sezar Meza Kolli sarı vərəqə limitini doldurduğu üçün sözügedən matçı buraxmalı olacaq.
Qeyd edək ki, "İnter" – "Qarabağ" matçı bu gün, saat 16:00-da "İnter Arena"da start götürəcək.