Dünən Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyununda "Mançester Siti" doğma meydanda "Real" ilə 0:0 hesablı bərabərə qalıb.
Sportarena.az xəbər verir ki, bu matçda da qapısını toxunulmaz saxlayan "Real"ın kostarikalı qolkiperi Keylor Navas "kral klubu"nun tarixinə keçib. Belə ki, təcrübəli qolkiper cari mövsüm Çempionlar Liqasında keçirdikləri matçların 8-də qapısından top buraxmayıb. Bu göstərici ilə o, "Real"ın tarixində ilkə imza atıb.
Qeyd edək ki, cari mövsüm Keylor Navas Çempionlar Liqasında cəmi 2 top buraxıb.