"Atletiko" - "Barselona" matçının baş hakimi səhvini etiraf etdi

14:58 27 Aprel 2016

İtaliyalı referi Nikola Rissoli Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarında "Atletiko" - "Barselona" qarşılaşmasındakı səhvini boynunan alıb. 


Sportarena.az "Marca" qəzetinə istinadən xəbər verir ki, baş hakim bu barədə verdiyi açıqlamada bunları deyib:
 
"Müdafiəçinin ayağı cərimə meydançasından kənarda idi. Bu da məni bir qədər çaşdırdı. Əgər futbolda texnologiyadan istifadəyə icazə verilsə, hakimlər belə səhvlər etməz.
 
Futbolda hər şeyi saniyələr həll edir. Lakin texnika bizim işimizi yüngülləşdirər.
 
93-cü dəqiqəyə qədər əla iş görmüşdük. Lakin, bir epizod gördüyümüz bütün işimin dəyərini aşağı saldı".


Qeyd edək ki, sözügedən matçın son dəqiqələrində cərimə meydançası daxilində qayda pozuntusuna yol verilsə də, hakim "Atletiko"nun qapısına penalti əvəzinə cərimə zərbəsi təyin etmişdi. 


Digər xəbərlər

Xəbər xətti