Zaur Svanadze: "Bu matç barədə nəsə deməyə ehtiyac duymuram"

18:01 27 Aprel 2016

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” səfərdə “İnter”ə  4:0 hesabı ilə məğlub olub .


Sportarena.az xəbər verir ki, matçdan sonra “bankirlər”in baş məşqçisi Zaur Svanadze bunları deyib:

“4:0 hesablı məğlubiyyəti necə şərh etmək olar? Birinci hissədə hesab 2:0 olduqda müəyyən nəticə qazanacağımıza ümid etmək olardı. Amma ikinci hissədəki qollardan sonra, komanda öz oyununu itirdi və uduzduq. 

Komandam müəyyən vəziyyətlərdə verdiyim tapşırıqları layiqincə yerinə yetirirdi. Amma ümumilikdə nəticəyə baxanda komandanın oyunundan razı qalmadım.


Buna baxmayaraq, bizim qarşıdan çempionatda oyunlarımız var. Çalışacağıq o matçlara daha yaxşı hazırlaşaq. Bu matç barədə əlavə nəsə deməyə ehtiyac duymuram”.


Digər xəbərlər

Xəbər xətti