Rəşad Sadiqov: "Əliyar oturub oyuna baxsın, epizodları analiz edib utansın"

21:08 27 Aprel 2016

“Azacıq diqqətsizlik qapımızda qol görməmizə səbəb oldu. Buna baxmayaraq, mənə elə gəlir ki, komandamız yaxşı oyun nümayiş etdirdi. 1:1 hesabı pis nəticə deyil. Çalışacağıq ki, doğma meydanda bu üstünlükdən yararlanaq və qələbə qazanaq”.


Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan kubokunda yarımfinal mərhələsində səfərdə “Neftçi” ilə bərabərə qalan “Qəbələ” klubunun kapitanı Rəşad Sadiqov deyib.


Matçda qırmızı vərəqə alaraq meydandan qovulan kapitan bu barədə də fikirlərini bölüşüb:
“O epizodu hakimin öz insafına buraxıram. Əliyar oturub oyuna baxsın, epizodları analiz edib utansın. Futbolda belə hadisələr olur. İnşallah komandam cavab oyununda mənim yoxluğumu hiss etməz”


Digər xəbərlər

Xəbər xətti