“Komanda ikinci hissədə daha yaxşı oynadı. Müdafiədə Erik Ramosun yoxluğu hiss olunurdu. Futbolçularım qələbə qaznmaq üçün hər şey etdi, amma, alınmadı”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Vəli Qasımov, Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk matçında “Qəbələ” ilə 1:1 hesablı bərabərlikdən sonra, açıqlamasında deyib.
Baş məşqçi açıqlamasında hesaba alınmayan qol barəsində də fikirlərini bölüşüb:
“Belə yaxşı görmədim o epizodu. Ona görə bu haqda danışmaq istəmirəm”.