Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.
Sportarena.az xəbər verir ki, yarımfinal matçında baş tutacaq hər iki qarşılaşma eyni gündə keçiriləcək.
"Borussiya"nı sürpriz nəticə ilə məğlub edib yarımfinala yüksələn "Liverpul" bu gün "Vilyareal"la qarşılaşacaq.
Günün növbəti matçı isə Ukraynada keçiriləcək. Burada Donetskin "Şaktyor" klubu "Sevilya"nı qəbul edəcək. Maraqla gözlənilən matç Bakı vaxtı ilə saat 23:05-də start götürəcək.
28 aprel
Avropa Liqası, yarımfinalın ilk oyunları
23:05. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Sevilya" (İspaniya) 2:2
23:05. "Vilyareal" (İspaniya) - "Liverpul" (İngiltərə) 1:0