Dünyanın bir çox ulduz futbolçuları Türkiyənin Antalya şəhərinə gələcək.
Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə "Antalyaspor" klubunun prezidenti Gültəkin Gencer məlumat verib. Onun sözlərinə görə Eden Azar, İniesta, Neymar, Messi, Suarez başda olmaqla 15 dünya ulduzu Antalyaya gələcək.
Dünyaca tanınmış futbolçuların Antalyaya gəlişinin səbəbi Samuel Eto'oya aid qurumun 10-cu ildönümünü qeyd etməkdir. Bu münasibətlə "Antalya" Stadion"da ulduz futbolçulardan ibarət dünya yığması Türkiye seçmə komandası yoldaşlıq oyunu keçirəcək.
Tədbirin 15-17 iyul tarixlərində baş tutacağı planlaşdırılır. Güncer tədbir haqqında danışarkən Messi, Neymar, Eden Azar, İniestanın görüntülü mesajları ekranda nümayiş etdirilib.