Hakimlər Komitəsi Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun görüşlərindən sonra hakimlərin qərarlarını müzakirə etmək üçün toplantılar keçirir.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, hər həftə baş tutan toplantı zamanı turda idarəçilik etmiş hakimlər iştirak edir, onların verdikləri qərarlar videoçarxlarla müzakirə olunur.
Azərbaycan Kubokunun ½ final mərhələsinin və Azərbaycan Premyer Liqasının XXXI turunun görüşlərində verilən qərarlar sabah saat 16:00-da AFFA-nın inzibati binasında reallaşacaq ənənəvi toplantı zamanı müzakirəyə çıxarılacaq.
Budəfəki toplantı media nümayəndələri üçün açıq olacaq. Müzakirələrdən sonra Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun və hakimlərin mətbuat konfransı keçirməsi nəzərdə tutulub.