Təxirə salınan "Trabzonspor" - "Fənərbaxça" matçı ilə bağlı yekun qərar verildi

18:57 28 Aprel 2016

Türkiyə Futbol Federasiyası (TFF) təxirə salınan "Trabzonspor" - "Fənərbaxça" matçı ilə bağlı yekun qərarını verib.


Sportarena.az xəbər verir ki, aprel ayının 24-ü oynanılan matç təxirə salınmışdı. Buna matçın 88-ci dəqiqəsində "Trabzonspor" klubunun azarkeşləri yan xətt hakimini döyməsi səbəb olmuşdu. 

"Fənərbaxça"nın 4:0 hesabı ilə irəlidə olduğu matçı baş hakim Bülənt Yıldırım təxirə salmışdı. 

Bu gün TFF-nın iclasında "Fənərbaxça" klubunun 4:0 hesablı qələbəsi təsdiq olunub. 

Bu qələbə ilə "Fənərbaxça" 30 turdan sonra xalını 67-ə yüksəldərək, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Turnir cədvəlinin lideri isə 70 xalla "Beşiktaş" klubudur.


Digər xəbərlər

Xəbər xətti