"Atletiko"nun baş məşqçisi Dieqo Simeone gələcək karyerası haqda danışıb.
Argentinalı mütəxəssis gələcəkdə daha öncə şərəfini qoruduğu Milan "İnter"ini çalışdırmaq istədiyini bildirib:
"Xavyer Zanetti ilə söhbətim oldu və deyə bilərəm ki, bir gün "İnter"ə qayıdacam. Bu komandanı sevirəm. Orada yaxşı xatirələrim var. Əsas hədəfim də bir gün "İnter"i çalışdırmaqdır. Ancaq hələ ki, "Atletiko"nun baş məşqçisiyəm və bütün diqqətimi bu komandaya yönəltmişəm".
Qeyd edək ki, 1997-1999-cu illərdə "İnter"də çıxış edən Simeone keçirdiyi 57 oyunda 11 qol vurub.