S.Fettel: "Yarış insidenti idi"

11:56 29 Aprel 2016

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Çin yarışından sonra Danill Kvyatla olan müzakirəyə görə peşman deyil və əlavə edib ki, ilk döngədəki hadisə yarış insidenti olub.
 

Sportarena.az xəbər verir ki, Sebastyan Fettel Çin yarışının startında ilk döngəni geniş radius ilə almışdı və Kvyat bundan istifadə edərək, almaniyalı sürücüyə hücum etmişdi. Fettel isə bu hücumu gözləmədiyindən özünü qorumaq üçün bolidini sola çəkəndə, komanda yoldaşı Kimi Rəykkönenə çırpılmışdı. Yarışdan sonra isə Sebastyan Fettel Kvyata öz iradlarını bildirmişdi.

Sebastyan Fettel: “Deyiləsi hər söz deyildi. Onunla podiumdan əvvəl gözləmə otağında danışdım.

Kameraya düşüb-düşmədiyini bilmirəm, amma yenə olsa, eynisini edərdim.

Əlbəttə ki, yarışdan sonra emosiyalar son həddə olur və bizim istədiyimiz də budur, amma bəlkə bir az sakit ola bilərdim.

Yarışırıq və bəzən yarışdan sonra dediklərimizi daha sonra təkzib edirik. Ancaq o vəziyyətdə bunları dedim.

Mən pis söz demədim. Onunla aram yaxşıdır. Biz nəticə üçün yarışırıq və o da yarış insidenti idi. Yarışın nəticəsi onun üçün daha yaxşı oldu, amma yarışda bu cür hallar  labüddür”.(f-1.az)


Digər xəbərlər

Xəbər xətti