Ziyafət Əsgərov idman jurnalistlərindən narazılıq edib

15:36 29 Aprel 2016

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədri Ziyafət Əsgərov idman jurnalistlərinə narazılığını bildirib. 


Sportarena.az xəbər verir ki, Z.Əsgərov narazılığını Milli Məclisin bugünkü iclasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatının müzakirəsi zamanı dilə gətirib. 


O qeyd edib ki, jurnalistlər, media nümayəndələri futbolçuların transferi ilə bağlı informasiya hazırlayarkən, ciddi yanlışlığa yol verirlər: “Məsələn, bəzən ciddi bir mətbuat orqanında “Filan futbolçu 60 milyona satıldı”, yaxud da “Filan klub filan futbolçuya neçə milyon dollar ödədi”, “Filan futbolçunun qiyməti açıqlandı” və bu kimi başlıqlı yazılar verirlər. Burada uzaq başı müqavilənin qiyməti olar, axı futbolçu alınıb-satılmır... Biz burada insan alverinə qarşı mübarizədə maarifləndirmədən danışırıq, amma mətbuat nümayəndələri şüuraltı görün, nələri aşılayır? Buna son qoymaq və diqqətli olmaq lazımdır”.("Report")


Digər xəbərlər

Xəbər xətti