Bu gün “Formula-1” üzrə Rusiya Qran-prisinə start verilir.
Sportarena.az xəbər verir ki, Soçidə keçirilən ilk yarış günündə sərbəst yürüşlər keçiriləcək.
Aprelin 30-da pilotlar yenidən sərbəst yürüşə çıxacaqlar. Günün ikinci yarısında isə “Formula-1” iştirakçıları təsnifat mərhələsində yarışacaqlar. Bir saat davam edəcək yürüş nəticəsində bazar günü keçiriləcək yarışda bolidlərin yer alacağı sıralar müəyyənləşəcək. Pilotların mübarizə aparacağı Soçi Avtodromunun uzunluğu 5848 metrdir. 53 dövrədən ibarət olacaq Qran-pridə yarış məsafəsi 309.702 km-dir. Həlledici yarış Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Qeyd edək ki, bu, mövsümün dördüncü Qran-prisi olacaq. İlk üç yarışın yekununa əsasən, “Mercedes” pilotu Niko Rosberq 75 xalla birinci pillədədir.