"Liverpul" "İnter"in futbolçusu İvan Preçiçi transfer etməyə hazırlaşır.
Sportarena.az "Football İtalia" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Yurgen Klopp komandanın rəhbərliyinə bu barədə məlumat da verib. "Liverpul" klubu xorvatiyalı yarımmüdafiəçini heyətinə qatmaq üçün 30 milyon avrosundan keçməli olacaq.
Xatırladaq ki, almaniyalı mütəxəssis "Borussiya" klubunda çalışarkən İvan Preşiçin də xidmətlərindən yararlanmışdı. Belə ki, 27 yaşlı futbolçu 2011/13-cü illərdə "Borussiya" klubun heyətində çıxış edib.
Qeyd edək ki, ötən il "İnter"ə trasfer edilən yarımmüdafiəçi, klubun heyətində 34 matçda iştirak edib. O, bu matçlarda 8 qol vurub və 5 məhsulda ötürmə ilə yadda qalıb.