"Çelsi" Kurtuanı satacaq

18:50 30 Aprel 2016

Yeni mövsümdən "Çelsi"nin baş məşqçisi olacaq Antonio Konte komandanın qolkiperi Tibu Kurtuanın satılmasına icazə verib.
 
 
Sportarena.az xəbər verir ki, 23 yaşlı qapıçının ən azı 50 milyon funt-sterlinqə satılması gözlənilir. İtalyan mütəxəssisin fikrincə bu qiymətə qapıçını satmağa dəyər.
 
 
Belçikalı qapıçı bu mövsüm özünü Çelsidə elə də rahat hiss etmir və bunu Konte ilə söhbətində də bildirib. Digər bir səbəb isə London klubunun çempionlar liqasına düşə bilməməsidir.


Xatırladaq ki, İspaniyanın "Real" və Fransanın PSJ klubu futbolçunun xidmətlərində maraqlıdır.


Digər xəbərlər

Xəbər xətti