"Lalə Təpə" Avropa Çempionatında – "Milan" və "Valensiya"ya qarşı

10:27 1 May 2016

Bu il sayca üçüncü dəfə Türkiyənin paytaxtı İstanbulda təşkil olunacaq klublararası “Avropa Çimərlik Futbolu Çempionatı 2016” turnirində Azərbaycan da təmsil olunacaq.


Sportarena.az cümhuriyyət.az-a istinadən  xəbər verir ki, 3-5 iyun aralığında keçiriləcək turnirdə Azərbaycanı yeni yaradılmış “Lalə Təpə” klubu təmsil edəcək. İtaliyanın “Milan”, İspaniyanın “Valensiya”, Türkiyənin “Antalyaspor” klubları çempionluq yarışında “Lalə Təpə”nin rəqibi olacaq.


Klubun təsisçisi Elvin Quliyev bu barədə açıqlamasında “Lalə Təpə”nin Azərbaycan Milli Komandasının çimərlik futbolçularından təşkil olunacağını və Türkiyə Millisindən də futbolçu cəlb etmək istədiklərini bildirib. “Kluba ilk dəstəyi AFFA və Çimərlik Futbolu Fedarasiyası verdi. Məqsədimiz şəhidlərin qanı ilə tanıtdığımız “Lalə Təpə”ni tanıtmaqdır”. – deyə Quliyev əlavə edib.


Qeyd edək ki, çempionat 550 ton dəniz qumu tökülərək qurulan “Marmara Form”da təşkil olunacaq. NTV Spor, Beln Sports kimi tanınmış idman telekanllarından yayımlanacaq.


Digər xəbərlər

Xəbər xətti