"Arsenal" klubunun azarkeşləri İngiltərə Premyer Liqasının XXXVI turunda "Norviç"lə qarşılaşmada baş məşqçi Arsen Vengerə və komandanın rəhbərliyinə qarşı aksiya keçiriblər.
Sportarena.az xəbər verir ki, azarkeşlər oyun zamanı rəhbərlik və baş məşqçi əleyhinə bir neçə banner çıxarıblar: «Dəyişikliklər vaxtıdır. "Аrsenal" qocalıb, yeni nəfəs lazımdır", "Komandanı dəstəkləyin, rejimi deyil", "Venger = 12 il, üzrxahlıqlar. Ranyeri = 9 ay , çempionluq".
Xatırladaq ki, "Arsenal" 12 ildir ki, çempionluq titulunu qazana bilmir. Klaudio Ranyeri isə ilk mövsümdə "Lester"lə çempion olmağa yaxındır.